İsrail Şərqi Qüdsdə fələstinlilərə aid bir uşaq bağçasını dağıtdı
İyul 25, 2018 14:53 Asia/Baku
Fələstin mənbələri İsrail ordusuna məxsus buldozerlərin bu gün Şərqi Qüdsdə yerləşən İzriyə qəsəbəsindəki Cəbəlül-Baba məntəqəsində fələstinlilərə məxsus bir uşaq bağçasını və bir qadınlar mərkəzini dağıtdığını bildiriblər.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, bir çox bədəvi ərəblər Cəbəlül-Baba məntəqəsində yaşayırlar. İsrail rejimi onların yaşayış məntəqələrini viran etməklə fələstinliləri öz evlərini tərk etməyə məcbur etmək, bununla da işğal edilmiş Qüds şəhərinin yəhudiləşdirilməsi üçün yeni yaşayış massivlərinin salınması planını təkmilləşdirmək istəyir.
İsrail rejimi həmçinin, bu gün Beyt Ləhmin cənub və şərq hissəsində 270 yeni mənzilin inşa edilməsinə dair qərar qəbul edib.
Teqlər