Kabilin qərbində terror hücumu; 5 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318522-kabilin_qərbində_terror_hücumu_5_nəfər_həlak_olub
Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində baş vermiş terror hücumu zamanı təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2018 10:46 Asia/Baku
  • Kabilin qərbində terror hücumu; 5 nəfər həlak olub

Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində baş vermiş terror hücumu zamanı təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub.

İRNA-nın verdiyi məlumata görə, Kabil şəhəri polis idarəsinin sözçüsü deyib: Bu gün cümə axşamı səhər saatlarında bir terrorçu bomba quraşdırılmış avtomobil ilə Kabil şəhərinin beşinci məntəqəsində yerləşən Davud Bağı məhəlləsində təhlükəsizlik qüvvələrinə hücum edib. Bu hadisədə 5 təhlükəsizlik qüvvəsi həlak olub.

Bu hücumun məsuliyyətini üzərinə götürən Taliblər hücum nəticəsində çoxlu sayda təhlükəsizlik əməkdaşının öldüyü və yaralandığını bildirib.

Bazar günü də Əfqanıstan prezidentinin birinci müavini general Dostumun kortecinin keçdiyi yolda bir bomba partladılmışdı. Bu hadisədə 20 nəfər həlak olmuş, onlarla nəfər də yaralanmışdı.

Bu hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.