İsrail rejimi Ramallahın cənub-şərqində yüzlərlə yeni mənzil inşa etmək istəyir
İyul 27, 2018 14:23 Asia/Baku
-
İsrail rejimi Ramallahın cənub-şərqində yüzlərlə yeni mənzil inşa etmək istəyir
İsrailin müharibə naziri İordan çayının qərb sahilində, Ramallahın cənub-şərqində 400 yeni mənzilin inşa edilməsindən xəbər verib.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İsrailin müharibə naziri Aviqdor Liberman cümə günü Ramallahın cənub-şərqində yerləşən Adam qəsəbəsinin genişləndirilməsindən xəbər verib.
BMT-nin Təhlükəsizlik Şurası 23 dekabr 2016-cı ildə İsrail rejiminin Fələstin ərazilərində qanunsuz yaşayış massivlərinin salınması siyasətini durdurması məqsədilə qətnamə qəbul etsə də, sionist rejim bu qətnaməyə əhəmiyyət vermir.
ABŞ-ın tam dəstəyinə malik olan İsrail öz qanunsuz hərəkətlərinin davamında Fələstin ərazilərində sionist sakinli qəsəbələrin genişləndirilməsi yolu ilə daha artıq əraziləri işğal etməyə çalışır.