Fələstinlilər sionistlərin son bombardmanlarına cavabın verilməsini vurğulayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318595-fələstinlilər_sionistlərin_son_bombardmanlarına_cavabın_verilməsini_vurğulayıblar
Sionistlərin hərəkətləri fələstinlilərin fərqli reaksiyaları ilə üzləşib. Müqavimət qrupları işğalçıların cinayətlərinin üzərindən etinasız ötüşməyəcəklər və gələcək proqnoz edilməzdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2018 15:39 Asia/Baku
  • Fələstinlilər sionistlərin son bombardmanlarına cavabın verilməsini vurğulayıblar
    Fələstinlilər sionistlərin son bombardmanlarına cavabın verilməsini vurğulayıblar

Sionistlərin hərəkətləri fələstinlilərin fərqli reaksiyaları ilə üzləşib. Müqavimət qrupları işğalçıların cinayətlərinin üzərindən etinasız ötüşməyəcəklər və gələcək proqnoz edilməzdir.

Qəzzə şəhərinin inzibati əməkdaşlarından üç nəfəri işğalçı sionist tankların atəş açması nəticəsində şəhid olub.

Sionistlərin bu hərəkəti Qəzzə zolağında fələstinlilərin hüquqlarına təcavüzün davam etməsi mənasındadır və fələstinli qruplar bu cinayətə reaksiyada Qəzzə ilə sərhəd sionist qəsəbələri raketlə atəşə tutublar. Digər tərəfdən İzəddin Qəssam batalyonları bir bəyanatda bu batalyonların tam hazır vəziyyətdə olduğunu bildirib.

Fələstinli qruplar da bombardmanlara raketlə cavab seçimini vurğulayıblar.

Bir fələstinli siyasətçi deyib: Müqavimət qrupları Fələstin xalqını müdafiə etmək üçün tam hazır vəziyyətdədirlər. Bu cinayət əsla cavabsız qalmayacaq. Müqavimət qruplarının şüarı budur: Bombardman raketlə, qana isə qanla cavab veriləcək.

Qəzzənin mühasirəsinin davam etməsi bu məsələni bəyan edir ki, siyasi təhlilçilərin fikrincə, Qəzzədə müharibə praktiki olaraq başlanıb. Xüsusilə də keçidlərin bağlanması, işçilərin aylıq maaşlarının kəsilməsi və sionist rejimin bu kimi başqa siyasətləri müqaviməti əlavə imtiyazlar verməyə məcbur etməyə çalışır.

Başqa bir fələstinli deyib: Fikrimcə, müqavimətin işğalçılara cavab verməyə hazır olması sionistlərin Qəzzə əleyhinə təkrarlanan təcavüzlərinə yox demək üçün Fələstin xalqının iradəsini əks etdirir.