İsrail ordusu Qəzzəni vurdu; ölü və yaralı sayı 12-yə çatdı
İyul 27, 2018 20:38 Asia/Baku
İsrail hərbçiləri Qəzzənin şərqində Qayıdış Haqqı yürüşlərində iştirak edən fələstinlilərə tərəf atəş açaraq, bir nəfəri şəhid edib, 11 nəfəri isə yaralayıblar.
Fələstin mənbələrinin verdikləri məlumata görə, Qəzzə sakinlərinin Qayıdış Haqqı yürüşündə iştirak etmək üçün işğal edilmiş Fələstinin sərhədlərinə doğru hərəkət etməsi ilə İsrail hərbçiləri onlara tərəf atəş açmağa başlayıblar.
Yürüş iştirakçılarından 43 yaşlı Məhəmməd Əbu Mustafa baş nahiyyəsindən aldığı güllə yarası ilə şəhid olub.
30 martdan etibarən hər cümə günü keçirilən Qayıdış Haqqı yürüşləri artıq 3 aydır ki, davam edir.
Fələstinin səhiyyə nazirliyinin bildirdiyinə görə, Qayıdış Haqqı yürüşlərinin başlandığı zamandan bəri 153 fələstinli şəhid olub, 16750 nəfər isə yaralanıb.