İraqın müxtəlif şəhərlərində aksiyalar keçirilib
-
İraqın müxtəlif şəhərlərində aksiyalar keçirilib
İraqın paytaxtı Bağdad və bu ölkənin bir neçə digər şəhəri neçə gün sakitlikdən sonra dünən axşam bir daha həmin ölkədə dövlət korrupsiyasına və dövlət xidmətlərinin zəif olmasına qarşı aksiyalar səhnəsi olubdur.
Aksiyaçılar şüarlar verərək, mərkəzi dövlətin və vilayət şuralarının onların zəruri xidmətlərin təmini sahəsindəki tələblərinə tez bir zamanda cavab vermələrini istəyiblər.
Bağdadın mərkəzində yerləşən Təhrir meydanında bir qrup aksiyaçı İraq təhlükəsizlik qüvvələrinin maneələrini keçərək, hökumət orqanlarının və xarici nümayəndəliklərin yerləşdikləri mərkəzin yaşıl təhlükəsizlik məntəqəsinə doğru hərəkət etməyə çalışıb, amma məmurlar onlara mane olublar.
İraq xalqının dövlət korrupsiyasına və dövlət xidmətlərinin zəif olmasına, xüsusən işığın uzun müddət kəsilməsinə, su çatışmazlığına və məşğulluq probleminə qarşı aksiyaları son zamanlar İraqın cənubunda yerləşən Bəsrə şəhərindən başlayıb və sürətlə mərkəzi və cənub vilayətlərinə, o sıradan bu ölkənin paytaxtı Bağdada sirayət edibdir.
Bəzən İraqın təhlükəsizlik qüvvələri ilə qarşıdurma ilə nəticələnən bu etirazlarda iki nəfər ölüb, həmçinin hər iki tərəfdən onlarla nəfər də yaralanıbdır.
İraqda xalq etirazlarının genişlənməsinin ardınca bu ölkənin baş naziri Heydər Əlibadi yeddimaddəlik bir fərmanda bu şəhərlərin əhalisinin tələb və problemlərinə baxılmasını vurğuladı.