Suriya rəsmisi ABŞ-ın Dəməşqə qarşı sanksiyalarının davam etməsini tənqid edib
-
Suriya rəsmisi ABŞ-ın Dəməşqə qarşı sanksiyalarının davam etməsini tənqid edib
Suriyanın BMT-dəki nümayəndəsinin müavini bu təşkilatın təhlükəsizlik şurasının iclasında ABŞ-ın və Avropa İttifaqının Dəməşqə qarşı birtərəfli sanksiyalarının davam etməsini tənqid edib.
Abdullah Xəllaq BMT Təhlükəsizlik Şurasının Suriya vətəndaşlarının insan vəziyyəti barədə bu gün səhər tezdən təşkil olunmuş iclasında deyib: ABŞ-ın və Avropa İttifaqının Dəməşqə qarşı qəbul etdirilmiş birtərəfli iqtisadi sanksiyaları Suriya vətəndaşlarının ilkin ehtiyaclarının təmini və vətəndaşların insan və məişlət vəziyyətlərinin yaxşılaşdırılması yolunda əsas maneədir.
Suriyanın BMT-dəki nümayəndəsinin müavini əlavə edib: Bəzilərinin irəli südüklərinin əksinə olaraq, Suriya ordusunun müttəfiqləri ilə yanaşı terror qruplarına qarşı uğurlu hərbi əməliyyatları, eləcə də bu qruplarla atəşkəs razılaşması əldə etməsi, mühasirə olunmuş və ya çətin keçilən məntəqələrdəki mülkilərin bir çoxunun əzab-əziyyətlərini azaldıb və bu suriyalı vətəndaşların humanitar yardımlar əldə etmələrini asanlaşdırıbdır.
Abdullah Xəllaq Suriyanın cənub məntəqələrinin terrorçuların işğalından azad edilməsi əməliyyatlarına işarə edərək, vurğulayıb ki, bütün təcavüzkar hərbi qüvvələr heç bir istisna olmadan tezliklə Surya ərazisini tərk etməyə məcbur olacaqlar.
Suriyanın BMT-dəki nümayəndəsinin müavini eyni zamanda İŞİD terror qrupunun Suriyanın cənubundakı Əssuvəyda şəhərində 215 nəfərin ölümü ilə nəticələnmiş son kütləvi qırğını qarşısında BMT Təhlükəsizlik Şurasının mövqe tutmamasından təəccüb ifadə edib və belə deyib: Bəzi hökumətlərin siyasəti Suriya vətəndaşlarının maraqları istiqamətində deyil; onların hədəfi, Cibhətunnusrə terror qrupunun qolu sayılan ağpapaqlılar kimi qruplara dəstək verməkdir.
Abdullah Xəllaq söyləyib: Ağpapaqlılar öz ağalarından aldıqları göstərişlərə əsasən, sənədləri saxtalaşdırmaqla dünyanın ümumi fikrini Suriyada kimyəvi silahdan istifadə olunması iddiası ilə bağlı yayındırmaq və Suriya ərazisinə hərbi təcavüz üçün lazımi bəhanə yaratmaq tapşırığına malik idilər.