Səud koalisiyası Yəmənin Əlhudəydə şəhərinin radio mərkəzi və su quyularını hədəfə alıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318680-səud_koalisiyası_yəmənin_Əlhudəydə_şəhərinin_radio_mərkəzi_və_su_quyularını_hədəfə_alıb
Təcavüzkar səud koalisiyasının tabeliyində olan qırıcılar özlərinin ən son hava hücumlarında Yəmənin qərbindəki Əlhudəydə şəhərinin radio mərkəzi və su quyularını hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2018 09:29 Asia/Baku
  • Səud koalisiyası Yəmənin Əlhudəydə şəhərinin radio mərkəzi və su quyularını hədəfə alıb
    Səud koalisiyası Yəmənin Əlhudəydə şəhərinin radio mərkəzi və su quyularını hədəfə alıb

Təcavüzkar səud koalisiyasının tabeliyində olan qırıcılar özlərinin ən son hava hücumlarında Yəmənin qərbindəki Əlhudəydə şəhərinin radio mərkəzi və su quyularını hədəfə alıblar.

Yəmənin media birliyi bir bəyanatda təcavüzkar səud koalisiyası qırıcılarının Əlhudəydə şəhərinin radio mərkəzinə qarşı hücumunu pisləyib və bildirib ki, bu hərəkət bütün beynəlxalq qanunların pozulması deməkdir. Qeyd edək ki, həmin hücumda onlarla nəfər ölüb və yaralanıbdır.

Səud qırıcıları Əlhudəydə şəhərinin su quyularına və yaşayış massivlərinə hücumlardan əlavə, Əlhuk məntəqəsində balıqçılara aid limanı da hədəfə alıblar.

Təcavüzkar səud koalisiyasının qırıcıları doqquz hava hücumunda Yəmənin şimalındakı Səədə məntəqəsinin Səhhar bölməsində yerləşən Əlaf və Əlazqul məntəqələrini bombardman ediblər.