Suriya kürdləri və bu ölkə dövləti savaşın bitməsi barədə razılaşıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318684-suriya_kürdləri_və_bu_ölkə_dövləti_savaşın_bitməsi_barədə_razılaşıblar
Demokratik Suriya qüvvələri və bu ölkənin qanuni dövləti bu gün savaşa son qoymaq üçün müzakirələrin aparılması barədə razılığa gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2018 12:12 Asia/Baku
  • Suriya kürdləri və bu ölkə dövləti savaşın bitməsi barədə razılaşıblar
    Suriya kürdləri və bu ölkə dövləti savaşın bitməsi barədə razılaşıblar

Demokratik Suriya qüvvələri və bu ölkənin qanuni dövləti bu gün savaşa son qoymaq üçün müzakirələrin aparılması barədə razılığa gəliblər.

Əksəriyyətini kürdlər təşkil edən Demokratik Suriya Şurası bir bəyanat yayaraq, bildirib ki, bu iclasda müxtəlif səviyyələrdə komitələrin təşkili və zorakılıq və müharibəyə son qoymaq üçün müzakirələrin davam etdirilməsi barədə qərarlar çıxarılıb.

Suriya demokratik birlik partiyasının rəyasət heyətinin müşaviri Sihanuk Dibo bildirib ki, Suriya dövləti ilə iclas müsbət olub. O, deyib: Bu razılaşma Suriyanın parçalanması üçün mərc çəkmiş kəslərin hesablamalarını pozdu və kürd qüvvələr özlərini gələcəkdə Suriya ordusunun bir hissəsi bilirlər.