Qəzzə zolağında insan faciəsi
İyul 28, 2018 16:58 Asia/Baku
-
Qəzzə zolağında insan faciəsi
Qəzzə zolağında Fələstin səhiyyə nazirinin müavini yanacaq böhranının bu zolağın xəstəxanalarındakı ağır səhiyyə durumuna qarşı təhlükələri barədə xəbərdarlıq edib və vurğulayıb ki, yanacaq çatışmazlığı bu məntəqədə səhiyyə sisteminin tam şəkildə dayanması xətərini yaradıbdır.
Yusif Əbu Əlriş "Əlrisalə net" xəbər portalı ilə müsahibədə vurğulayıb ki, Fələstin səhiyyə nazirliyi xəstəxanaların elektrik enerjisinin kəsilməsinin əvəzini çıxmaq üçün hər ay yarım milyon litr yanacağa ehtiyac duyur. O bildirib ki, Qəzzə zolağında mövcud olan dərmanlar qısa müddət üçün bəs edər və həmin məsələ real insan faciəsinin baş verməsi təhlükəsini yaradır.