İyul 29, 2018 19:17 Asia/Baku
  • Əfqanıstan polisi Gülən məktəblərinə basqın edib
    Əfqanıstan polisi Gülən məktəblərinə basqın edib

Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin şimalında, Cuzcan vilayətində Fətulla Gülənin "Əfqan-Türk" məktəblərindən birinə hücum edərək, 4 müəllimi həbs ediblər.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri bu gün bazar Cuzcan vilayətində Fətulla Gülənə məxsus məktəbə hücum edərək, 4 müəllimi həbs ediblər. Saxlanılan şəxslər 15 iyul 2016-cı ildə Türkiyədə dövlət əleyhinə dövlət çevrilişinə cəhddə ittiham olunurlar.

Bu məlumata görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri Cuzcan vilayətində Fətulla Gülənin məktəbinə edilən hücuma etiraz edən insanları dağılışmağa məcbur etmək üçün yanğınsöndürmə maşınlarından istifadə ediblər.

Əfqanıstan hökuməti bir müddət öncə Fətulla Gülənə məxsus olan məktəblərin Türkiyə hökumətinin ixtiyarına verilməsi ilə razılaşıb.

Teqlər