BƏƏ xüsusi təyinatlılarını Əfqanıstana göndərir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318761-bƏƏ_xüsusi_təyinatlılarını_Əfqanıstana_göndərir
3 ildən çoxdur ki, Yəməndə müdafiəsiz əhalinin qırğın edilməsində iştirak edən və ötən illərdə İraq və Suriyada İŞİD və Ənnüsrə Cəbhəsi kimi terror qrupalaşmalarına hərtərəfli dəstək verən Birləşmiş Ərəb Əmirlikləri indi də İŞİD ilə mübarizə bəhanəsi ilə və ABŞ bayrağı altında öz qoşunlarını Əfqanıstana yerləşdirmək istəyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2018 15:58 Asia/Baku
  • BƏƏ xüsusi təyinatlılarını Əfqanıstana göndərir
    BƏƏ xüsusi təyinatlılarını Əfqanıstana göndərir

3 ildən çoxdur ki, Yəməndə müdafiəsiz əhalinin qırğın edilməsində iştirak edən və ötən illərdə İraq və Suriyada İŞİD və Ənnüsrə Cəbhəsi kimi terror qrupalaşmalarına hərtərəfli dəstək verən Birləşmiş Ərəb Əmirlikləri indi də İŞİD ilə mübarizə bəhanəsi ilə və ABŞ bayrağı altında öz qoşunlarını Əfqanıstana yerləşdirmək istəyir.

ABŞ bayrağı altında fitnə. Regionda üzləşdiyi ardıcıl məğlubiyyətlərin ardınca Vaşinqton indi də bəzi ərəb rejimlərinin dəstəyi ilə regionla bağlı öz nəhs planlarını davam etdirməyə çalışır.

Əfqanıstandakı xarici qüvvələrin komandanı deyir: “Birləşmiş Ərəb Əmirlikləri hərbçiləri Əfqanıstanda İŞİD ilə mübarizə aparmaq üçün bu ölkədə yerləşdirilir”

Bu sözlər daha çox zarafata bənzəyir. Çünki, Birləşmiş Ərəb Əmirliklərinin özü İŞİD terror qruplaşmasını dəstəkləməkdə ittiham olunur. İndi, Yəməndə günahsız insanları qırğın etməklə məşğul olan bir ölkənin Əfqanıstanda terrorizmə qarşı mübarizə aparacağını demək zarafatdan başqa bir şey ola bilməz.

Əfqanıstan parlamentinin üzvü isə bu barədə deyir: “Bəzi ölkələrin regionda terror qruplarını o cümlədən İŞİD, Ənnüsrə Cəbhəsi və Ceyşül Əhrar kimi müxtəlif terror qruplarını dəstəkləmələri xüsusilə müxtəlif etnik və dini qruplara malik olan Əfqanıstanda bu kimi terrorçu qrupları himayə etmələrinin ciddə mənfi nəticələri olacaq.”

Etnik və dini ixtilafları alovlandırmaq və günahsız insanları qırğın etmək. Bütün bunlar terrorçular ilə Birləşmiş Ərəb Əmirliklərinin  Əfqanıstan, Suriya, İraq və Yəməndə törətdikləri cinayətlərin ortaq və oxşar xüssiyyətləridir. Bu arada Tayms qəzeti İŞİD terror qruplaşmasının çirkli pullarını yumaq üçün başlıca olaraq BƏƏ və Dubay bazarlarından istifadə etdiyini bildirib.