Ərəbistanlı məktəbli kimya olimpiadasında İsrailli məktəblinin kənarında durmaqdan imtina etdi
-
Ərəbistanlı məktəbli kimya olimpiadasında İsrailli məktəblinin kənarında durmaqdan imtina etdi
Bir ərəbistanlı məktəbli Çex Respublikasında keçirilən beynəlxalq kimya olimpiadasında gümüş medal ilə təltif olunması zamanı israilli məktəblinin kənarında dayanmaqdan imtina edib.
İRİB-nin verdiyi məlumata görə, Ərəbistanlı məktəbli Bədr Salman Əl-Məlhəm Çex Respublikasında keçirilən kimya olimpiadasında gümüş medalistlərin mükafatlandırılması zamanı israilli məktəblinin kənarında durmaqdan imtina edərək, yerini dəyişib və iranlı məktəblinin kənarında dayanıb.
Ərəbistanlı məktəblinin bu hərəkətini özündə əks etdirən fotoşəkilin altına belə yazılıb: "Səudiyyə başçıları İsrail ilə əlaqələri normallaşdırmaq üçün milyardlarla dollar pul xərcləyirlər. Amma, ərəbistanlı məktəblinin içindən gələn hərəkət onların bütün səylərini iflasa uğradır."
Maraqlıdır, Ərəbistan mediaları Çex Respublikasında keçirilən kimya olimpiadası ilə bağlı sadəcə bürünc medalistlərin fotoşəklini dərc ediblər.