Suriyada ABŞ və sionist rejimin izləri
-
Suriyada ABŞ və sionist rejimin izləri
Suriya ordusu bu ölkənin cənubundakı Dəra vilayətində müəyyən miqdarda sionist qida bağlamaları və amerikan TOW raketlərinin aşkar edilməsindən xəbər verib.
Suriya ordusu bildirib ki, aşkar edilmiş raketlər "ağpapaqlılar" adlı qrupa aiddir.
"Ağpapaqlılar" adlı qrup 2013-cü ilin martında ABŞ və İngiltərənin maliyyə yardımları ilə Türkiyədə formalaşıb. Bu qrupun fəaliyyət dairəsi Suriyadakı terror qruplarının nəzarəti altında olan məntəqələrdə tərif olunubdur.
Suriya ordusu tərəfindən bu ölkədə terrorizmin caynaqlarından azad edilmiş məntəqələrdə aşkar edilmiş sənədlərin bir çoxu göstərir ki, Cibhətunnusrə qrupu tərəfindən suriyalı sivillərə qarşı kimyəvi silahların işlədilməsi prosesini məhz "ağpapaqlılar" adlı qrup formalaşdırıbdır.
Suriya ordusunun məlumatına görə, sionist qida bağlamaları da İŞİD terrorçularının işğalından azad edilmiş məntəqələrdə aşkar olunubdur.
Suriya ordusu hazırda Dəra vilayətinin 98 faizini terrorçulardan təmizləyibdir.