Qərb sahilində daha bir qrup fələstinli həbs olunub
-
Qərb sahilində daha bir qrup fələstinli həbs olunub
Sionist rejim hərbçiləri bu gün səhər İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə hücum edərək, dörd media fəalı daxil olmaqla iyirmi fələstinlini həbs ediblər.
Quds telekanalı üçün işləyən həbs olunmuş bu dörd jurnalistdən iki nəfərin avtomobili də müsadirə olunubdur.
Sionist rejimin bu hərəkəti media mənsublarını yatırmaq və bu rejimin Fələstin xalqına qarşı cinayətlərinin ifşa olunmasının qarşısını almaq istiqamətində həyata keçir.
Belə bir halda, sionist rejimin mənzil naziri Yoav Qalant Əlnəqəb-də yerləşən Ərərə məntəqəsində yaşayan sionist qəsəbə sakinləri üçün iki min yaşayış binasının tikintisi üzrə yeni layihə təqdim etməsindən xəbər verib.
Yoav Qalant fələstinlilərin ərazilərində sionist rejimin qanunsuz tikintilərinin davam etdirilməsi vacibliyini vurğulayaraq, deyib ki, fələstinlilərin bu ərazilərdəki iştiraklarının təsbit olmasının qarşısını almaq üçün bu məntəqə tam şəkildə sionist rejimin hökmranlığı altına keçməlidir.