Suriya ordusu Dəra ətrafındakı Abidin qəsəbəsinə yiyələnib
İyul 30, 2018 11:57 Asia/Baku
-
Suriya ordusu Dəra ətrafındakı Abidin qəsəbəsinə yiyələnib
Suriyanın ordu qüvvələri Dəranın şimalında yerləşən strateji Abidin qəsəbəsinə yiyələniblər.
Suriyalı qüvvələr bu qəsəbədə onlarla terror ünsürünü də məhv ediblər.
Suriyada insan haqları gözətçisi adlı qrup şənbə günü bu ölkənin ordusu və silahlı qüvvələrinin Dəra vilayətinin 98 faizini ələ keçirmələrindən xəbər verdi.
Digər bir xəbərə görə, rus qüvvələrin İdlib vilayətindəki Əbu-Əlzuhur kəndində nəzarət etdikləri keçid vasitəsilə minlərlə sivilin çıxışı başlanıbdır.
Mülkilərin çıxışı İdlibin Cibhətunnusrə terrorçularından təmizlənməsi üçün bir müqəddimədir. Suriya prezidenti Bəşşar Əsəd son zamanlar bildiribdir ki, bu vilayət tezliklə azad ediləcəkdir.