Sionist rejim məhbəslərində 291 fələstinli uşaq saxlanır
İyul 30, 2018 16:00 Asia/Baku
-
Sionist rejim məhbəslərində 291 fələstinli uşaq saxlanır
Fələstin Azadlıq Təşkilatının icra komitəsinin üzvü deyib ki, 291 fələstinli uşaq hələ də sionist rejim məhbəslərində əsirlikdədir.
Hənnan Əşravi bu gün fələstinli mübariz yeniyetmə Əhd Əltəmiminin azad edilməsi münasibətilə bir bəyanat yayaraq, bildirib ki, sionist rejim fələstinli uşaqların hüquqlarını pozmaqda davam edərək, onları hələ də zindanda saxlayır və işgəncə edir.
Əşravi bu bəyanatda fələstinli məhbusların tez bir zamanda azadlığa buraxılmalarını tələb edərək, deyib: Sionist rejim fələstinli məhbusların hüquqlarını tapdayır və beynəlxalq dairələrin sükutundan sui-istifadə edərək, onlarla qeyri-insani rəftarını davam etdirir.