İŞİD Suriyanın cənubunda 36 qadın və uşağı girov götürüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318923-İŞİd_suriyanın_cənubunda_36_qadın_və_uşağı_girov_götürüb
Suriya İnsan Haqları Gözətçisi adlanan qrup bazar ertəsi günü İŞİD terrorçularının Sveydaya hücumunda 36 qadın və uşağın oğurlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2018 04:16 Asia/Baku
  • İŞİD Suriyanın cənubunda 36 qadın və uşağı girov götürüb
    İŞİD Suriyanın cənubunda 36 qadın və uşağı girov götürüb

Suriya İnsan Haqları Gözətçisi adlanan qrup bazar ertəsi günü İŞİD terrorçularının Sveydaya hücumunda 36 qadın və uşağın oğurlanmasından xəbər verib.

İŞİD terror qruplaşmasının çərşənbə günü Suriyanın cənubunda Sveyda şəhərinin mərkəzinə hücumunda 215 sakin həlak olub, 180 nəfər də yaralanıb. 

Kütləvi İnformasiya Vasitələrinin verdiyi məlumata görə, 4 qadın terrorçuların girovluğundan qaçıb və oğurlanan qadınlardan ikisi də öldürülüb. 

Suriya ordusu son həftələr ərzində ölkənin cənub bölgələrini azad etmək üçün irimiqyaslı əməliyyata başlayıb və indiyədək bu ərazilərin 90%-dən çoxunu terrorçulardan təmizləyib.