İyul 31, 2018 12:33 Asia/Baku
  • Bəhreyn vətəndaşları məhbus alimlərə dəstək aksiyası keçiriblər
    Bəhreyn vətəndaşları məhbus alimlərə dəstək aksiyası keçiriblər

Bəhreyn vətəndaşları bazar ertəsi gecə Ali-Xəlifə rejiminin həbsxanalarında dustaq olan alim və ruhanilərə dəstək istiqamətində müxtəlif bölgələrdə aksiyalar keçiriblər.

Mehr İnformasiya Agentliyinin Soutul-Manama portalına istinadla verdiyi məlumata görə, Bəhreynin Əbu Seybə, əl-Müqəşşə, əl-Şaxurə və başqa bölgələrinin sakinləri bu aksiyalarda şüarlar səsləndirərək bəhreynli alim və ruhanilərin dərhal azad edilmələrini tələb ediblər. 

Aksiyaların iştirakçıları məhbus alimlər, o cümlədən iki ildən çoxdur həbsdə olan Şeyx Məcid əl-Məşəllə həmrəyliyi elan ediblər. 

Etirazçılar həmçinin Ali-Xəlifə rejimindən tanınmış ruhani Şeyx İsa Qasimin icbari yaşama rejimini ləğv etməsini tələb ediblər. 

Bəhreyn parlamentinin sabiq deputatı və bu ölkənin hüquq fəallarından Calal Firuzun sözlərinə görə, Hazırda Bəhreyn beş mindən çox siyasi məhbusla dünya ölkələri arasında bu sahədə ilk yeri tutur. 

Ali-Xəlifə rejimi insan haqlarını irimiqyaslı şəkildə pozaraq və xalqın tələblərini repressiya edərək bəhreyni böyük məhbəsə çevirib və siyasi məhbuslar ağır durumdadırlar. 

Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejimi əleyhinə xalq inqilabının şahididir. Bəhreyn xalqı azadlıq, ədalətin bərpa olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçki yolu ilə ölkədə iqtidarın formalaşdırılmasını tələb edir. 

Teqlər