18 milyon yəmənlinin ərzaq təhlükəsizliyi yoxdur
-
18 milyon yəmənlinin ərzaq təhlükəsizliyi yoxdur
Ümumdünya Ərzaq Proqramı bir hesabatda Yəməndə insan durumunun çox acınacaqlı olduğunu bildirərək müharibədən əziyyət çəkən bu ölkədə 18 milyon nəfərin ərzaq təhlükəsizliyinin olmaması haqda xəbərdarlıq edib.
Əl-Məyadin televiziyasının məlumatına görə, Ümumdünya Ərzaq Proqramı bazar ertəsi günü bir hesabatda bildirib: Yəmənli uşaqların qida çatışmazlığı orta hesabla dünya səviyyəsindən yuxarıdır və bu ölkədə aclıq analoqu olmayan rəqəmə çatıb.
Bu hesabatda əlavə olunub: Yəməndə ərzaq, yanacaq və dərman preparatının çatdırılmasında problemin yaranması milyonlarla yəmənlinin aclıq nəticəsində həyatını itiriməsi ilə nəticələnəcək.
Bu hesabatda qeyd olunub: Hamilə, südəmər və beş yaşdan aşağı uşaqlara şamil olan üç milyondan çox yəmənli yanlış qidalanma nəticəsində yaranan problemlərin həlli və ərzaq dəstəyinə ehtiyaclıdır.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası üç ildən artıqdır Yəmənin bütün quru və dəniz keçidlərini bağlayıb və humanitar yardımlar aparan gəmilərin bu yoxsul ölkəyə uçmasına mane olur.
Bu koalisiya iki ay öncədən beynəlxalq təşkilatların xəbərdarlıqlarına baxmayaraq, Yəmənə humanitar yardımların daxil olduğu yeganə keçid, əl-Hüdəydə limanını hərtərəfli hücumlara məruz qoydu və onu işğal etməyə çalışdı. Lakin Yəmən ordusu və xalq komitələri qüvvələrinin müqaviməti "Ərəb koalisiyası"nın planını məğlubiyyətə uğratdı.