Avq 01, 2018 18:56 Asia/Baku
  • Bəhreyndə bir ayda 40 vətəndaş saxlanılıb, 70 mənzilə basqın olunub
    Bəhreyndə bir ayda 40 vətəndaş saxlanılıb, 70 mənzilə basqın olunub

Bəhreynin Manama Post xəbər portalı iyul ayında Ali-Xəlifə rejimi qüvvələrinin ölkənin müxtəlif bölgələrində 40 vətəndaşı həbs və 70 mənzilə basqın etdiyini bildirib.

Əl-Aləm televiziyasının məlumatına görə, Bəhreyndə basqınları araşdıran şəbəkə Ali-Xəlifə rejiminin qeyri-qanuni hərəkətləri haqda statistika yayımlayaraq 2018-ci il iyul ayında Bəhreynin müxtəlif bölgələrindəki həbslər və basqınlar haqda məlumat verib.

Bu şəbəkə əlavə edib: Ali-Xəlifə rejiminə bağlı təhlükəsizlik məmurları bir daha bir sıra bölgələrdə küçələr və keçidlərdə yoxlama keçid məntəqələri yaradıblar.

Halbuki Bəhreyn vətəndaşları bazar ertəsi gecə Ali-Xəlifə rejiminin həbsxanalarında olan alim və ruhanilərə dəstək üzrə aksiya keçirmişdilər.

Ali-Xəlifə rejimi xalqın tələblərini repressiya edərək və insan haqlarını kütləvi şəkildə pozaraq, Bəhreyni böyük həbsxanaya çevirib və siyasi məhbuslar acınacaqlı durumdadırlar.

Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejimi əleyhinə xalq inqilabının şahididir. Bəhreyn xalqı azadlıq, ədalətin bərpa olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçki yolu ilə quruluşun formalaşdırılmasını tələb edir.

Teqlər