Livan Hizbullahı işğalçılar qarşısında müqaviməti vurğulayıb
Livan Hizbullahının İcraiyyə Şurasının sədri işğalçılar qarşısında müqavimət və onları qovmağı bu hərəkatın həmişəlik strategiyası olduğunu bildirərək deyib: "Əsrin Sazişi" adlı Amerikanın saziş planı heç vaxt gerçəkləşməyəcək.
Təsnim Xəbər Agentliyinin Ən-Nəşrə xəbər portalına istinadla verdiyi məlumata görə, Livan Hizbullahı Hərəkatının İcraiyyə Şurasının sədri Haşim Səfiyəddin deyib: Öncələr təslim olmaq, zəlillik və xar olmaq mədəniyyətini gizlədən bəzi ərəb hakimləri onu açıq-aşkar şəkildə izləyirlər. Lakin Hizbullahın məqsədi işğalçılar qarşısında müqavimətdir.
Səfiyəddin Livan Hizbullahının 200-ci ildə Livan ərazisinin böyük hissəsinin azad olunması, 2006-cı ildə azadetmə əməliyyatının ikinci hissəsinin icra olunması ilə bağlı böyük nailiyyətinə və müqavimət mehvərinin potensialına toxunaraq deyib: Livan xalqının sionistlər qarşısında qələbəsi müqavimət mehvərinin müqaviməti və səyi ilə əldə olundu.
O əlavə edib: Hizbullahın işğalçılar qarşısında israr etdiyi müqavimətin strategiyası sadəcə bu hərəkata aid deyil, Livan xalqı üçün qüdrət mənbəyidir.
Hizbullahın yüksək səviyyəli üzvü Livanın maksimum şəkildə siyasi, iqtisadi və qətiyyətli və şücaətli qərarlara ehtiyaclı olduğunu bildirərək deyib: Güclü iradə, qanun, məhkəmə strukturu və güclü qərarlar olarsa, Livanda korrupsiya zəifləyəcək və kökü kəsiləcək.