Dəra şəhəri və onun ətrafı terrorçulardan tam şəkildə təmizlənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319048-dəra_şəhəri_və_onun_ətrafı_terrorçulardan_tam_şəkildə_təmizlənib
Suriyanın ordu qüvvələri Dəra şəhərini və onun ətrafındakı kənd və qəsəbələri tam şəkildə silahlı terror qruplarından təmizləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2018 09:27 Asia/Baku
  • Dəra şəhəri və onun ətrafı terrorçulardan tam şəkildə təmizlənib
    Dəra şəhəri və onun ətrafı terrorçulardan tam şəkildə təmizlənib

Suriyanın ordu qüvvələri Dəra şəhərini və onun ətrafındakı kənd və qəsəbələri tam şəkildə silahlı terror qruplarından təmizləyiblər.

Suriya ordusu Dəranın şimal-qərb ətrafındakı azadetmə əməliyyatlarının davamında vəhhabi-sionist İŞİD qrupu terrorçularının Əlqəsir məntəqəsindəki son bazalarını azad edib.

Suriyanın ordu qüvvələri eyni zamanda Əlqunəytrə ətrafındakı irəliləyişlərini işğal olunmuş Fələstin sərhədlərinədək davam etdirirlər. Suriyanın ordu qüvvələri bundan əlavə, Əlqunəytrənin şimal ətrafında yerləşən Cubata əl-Xəşab, Tələ əl-Qəba və Kərum əl-Həmriyyə qəsəbələrini azad ediblər. Bu qüvvələr həmçinin Suriya hökumətilə sazişə və şəraitin həllinə boyun əyməyən terrorçuları məntəqədən çıxarıblar ki, İdlib vilayətinə köçürülmüş olsunlar. 

Əlaləm telekanalının müxbiri Darin Fəzl bir reportajda belə deyib: Bir neçə ildən sonra ilk dəfə olaraq, Suriyanın ordu qüvvələri işğal olunmuş Cövlan məntəqəsinin sərhəd zolağında öz silahları ilə birbaşa surətdə sionist düşmən qarşısında mövqe tutublar.

Həuz əl-Yərmuk azad edilib. Eyni zamanda Dəra vilayəti tam şəkildə azad edilibdir ki, İŞİD-in Suriyanın cənubundakı işi bitmiş olsun. İŞİD ünsürləri qaçmağa üz tutaraq, çoxlu sayda yüngül və ağır silahı qoyub gediblər.

Suriya ordusunun hərbçilərindən biri Əlaləm müxbiri ilə müsahibədə deyib: Düşmənin dağılması sürətlə baş verdi. Düşmən qüvvələri bizim hərbi gücümüzün bu həddə olmasını zənn etmirdilər. Bu üzdən, bizim qüvvələri görən kimi, silahlarını atıb qaçmağa üz tutdular. Gördüyünüz bu tank təchiz edilmiş və hücuma hazır imiş, amma terrorçular onu qoyub gedib və məntəqədən qaçıblar. Onlar hətta öz yaralılarını belə, buraxırlar. Silah və sursatlarını buraxıb qaçmaları, bunun yanında bir şey deyildir.

Darin Fəzl öz reportajının davamında belə qeyd edib: Suriyanın ordu qüvvələri Suriyanın bayrağını Əlqunəytrənin ətrafındakı Cubata əl-Xəşab şimalında yerləşən Tələ əl-Qəba və Kərum əl-Həmriyyə qəsəbələrinin yüksəkliklərinə sanciblar. Öz durumlarının həllinə və sazişə hazır olmayan və Ber Ələcəm və Bəriqədə yerləşən terrorçular Suriyanın şimalına köçürülmək üçün avtobusların gəlməsini gözləyirlər. Beləliklə, Suriyanın cənub işinə tam şəkildə xitam veriləcəkdir.

Suriya ordusu ordu günündə siyasi və döyüş meydanlarında mühüm zəfərlər çaldı və sionist rejimin ayrılmış bir məntəqənin yaradılması sahəsindəki xülyalarına, həmçinin Qərbin Suriyanın cənubu üçün hazırladığı fitnələrə yekun gülləsini atdı.

Əlaləm müxbiri əlavə edib: Biz daxil olduğumuz terrorçuların bazalarından hər birində Ərəbistanın rolunu açıq şəkildə hər bir forma və növdə görürük. Həmçinin sionist rejimlə Qərbin terrorçulara qeyri-məhdud köməkləri asanlıqla müşahidə olunasıdır. İŞİD-in cənubdakı planlarının pozulması ilə, bu terror qrupu üçün təkcə divarlara yazılmış bir neçə şüar qalıbdır ki, illər boyu bu məntəqələrdə mövcud olmuş terrorizmə aşkar bir dəlil və Dəməşqin gerçəkləşdirdiyi böyük qələbələrin şahidi olmuş olsun. Beləliklə, qapılar paytaxtı əhatə etmiş təhlükənin üzünə bağlanıbdır və nəticədə qərb girəcəklərindən və Qərbi Qutədən Dəməşqi hədələyən və Əlqunəytrədən başlanan təhlükə artıq aradan götürülübdür.