Fələstinli Əsirlər Klubu: İsrail zindanlarında 300 fələstinli uşaq var
Avq 04, 2018 05:36 Asia/Baku
-
Fələstinli Əsirlər Klubu: İsrail zindanlarında 300 fələstinli uşaq var
Fələstinli Əsirlər Klubu dünən cümə günü İsrail zindanlarında 300 fələstinli uşaq və yeniyetmənin olduğunu bildirib.
İsrail zindanlarında təqribən 7 min fələstinli əsir var.
Fələstinli Əsirlər Klubunun bildirdiyinə görə, İsrail zindanlarında fələstinli əsirlər fiziki, ruhi və mənəvi işgəncələrə məruz qalırlar.
1967-ci ildən bəri İsrail zindanlarında təqribən 213 fələstinli əsir işgəncə nəticəsində həyatını itirib.