Avq 04, 2018 14:30 Asia/Baku
  • Yəmən xalqı paytaxt Sənada Ərəbistan əleyhinə aksiya keçirib
    Yəmən xalqı paytaxt Sənada Ərəbistan əleyhinə aksiya keçirib

Minlərlə nəfər Yəmənin paytaxtı Sənada təşkil edilmiş mitiniqdə iştirak edərək, Ərəbistanın başçılıq etdiyi koalisiyanın cinayətlərinə etiraz edib. "Namusumuzu qanımızla müdafiə edəcəyik" adlı yürüşdə təcavüzkarlar əleyhinə şüarlar verilib.

Yəmənin Ali İnqilab Şurasının sədri Məhəmməd Əli Əl-Husi mitinq iştirakçıları qarşısında çıxış edərək, deyib: Yəmənlilərin namusuna təcavüz edən muzdluların şərəfi və izzəti yoxdur.

Əl-Husi birtərəfli atəşkəslə bağlı təklifi haqda da deyib: Yəmən xalqı bir müsəlman xalq olaraq qətl və adam öldürmək mədəniyyətinə malik deyil. Buna görə də Yəmən xalqının daha artıq qanı axıdılmasın deyə belə bir layihə hazırlamışıq.

Yəmənin Ali İnqilab Şurasının sədri həmçinin deyib: Yəmənli qüvvələr təcavüzkar ölkələrin bütün hərbi və strateji obyektlərini hədəfə almaq qüdrətinə malikdirlər.

Teqlər