Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319246-Ərəbistan_qırıcılarının_yəmənə_hücumları_davam_edir
Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələri Yəmənin Əl-Hüdəydə və Sədə vilayətlərini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2018 06:19 Asia/Baku
  • Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir
    Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir

Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələri Yəmənin Əl-Hüdəydə və Sədə vilayətlərini bombalayıblar.

İRİB-nin verdiyi məlumata görə, Ərəbistan qırıcıları şənbə günü Əl-Hüdəydə şəhərinin Əl-Fəqih qəsəbəsində yerləşən Əl-Laviyə məhəlləsini ardıcıl olaraq iki dəfə bombalayıblar. 

Yəmənin Sədə vilayətində də Kətaf və Zahir qəsəbələri təcavüzkar koalisiyanın hücumlarına məruz qalıb. 

Yəmən ordusu və xalq qüvvələri də Ərəbistanın təcavüzləri və cinayətlərinə cavab olaraq Ərəbistanın cənubunda, Nəcran məntəqəsində yerləşən Südəys hərbi bazasını hədəfə alaraq, bir qrup səudiyyə muzdlusunu öldürüblər. 

Həmçinin, yəmənli fəallar və aktivistlər şənbə günü gecə Ərəbistanın başçılıq etdiyi koalisiyaya məxsus bir ədəd "Apaçi" tipli hərbi helikopterin Əl-Hüdəydə limanında vurulmasından xəbər veriblər.