Liviya xalqı məişət problemlərinə etiraz edir
Liviyanın bir çox şəhərində məişət problemlərinə etiraz olaraq aksiyalar keçirilir.
Əl-Yəum Əs-Sabi internet portalının verdiyi məlumata görə, Liviya xalqı məişət problemlərinin təcili olaraq həll edilməsini istəyərək, xüsusilə içməli su, elektrik enerjisi və çörək qıtlığına son qoyulmasını və qiymət artımının durdurulmasını tələb edir.
Benqazidə aksiya iştirakçıları siyasi heyətlərin fəaliyyət müddətinin uzadılmamasını istəyərək, onları korrupsioner və bacarıqsız adlandırıblar.
Misratə və Zaviyə şəhərlərində də aksiya iştirakçıları təhlükəsizlik orqanlarında çalışan cinayətkarların cəzalandırılmasını tələb ediblər.
ABŞ və NATO-nun birbaşa müdaxiləsi ilə 2011-ci ildə xaosa və vətəndaş müharibəsinə sürüklənən Liviya hazırda daxili çəkişmələr və terrorçu qrupların fəaliyyətindən əziyyət çəkir. Hazırda Liviyada siyasi ixtilaflar nəticəsində iki hakimiyyət mövcuddur.