Mint Press Nyus: İsrail təsis olunduğu zamandan insan haqlarını pozur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319339-mint_press_nyus_İsrail_təsis_olunduğu_zamandan_insan_haqlarını_pozur
Mint Press Nyus informasiya portalı ABŞ-ın İsrail üçün yeni yardım paketi layihəsini təsdiq etməsinə işarə edərək, yazıb: ABŞ qanunlarına əsasən Vaşinqton insan haqlarını pozan rejimlərə yardım etməkdən çəkinməlidir. Amma, məsələ İsrail olduğu zaman Amerika qanunlara heç bir dəyər vermir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2018 17:05 Asia/Baku
  • Mint Press Nyus: İsrail təsis olunduğu zamandan insan haqlarını pozur
    Mint Press Nyus: İsrail təsis olunduğu zamandan insan haqlarını pozur

Mint Press Nyus informasiya portalı ABŞ-ın İsrail üçün yeni yardım paketi layihəsini təsdiq etməsinə işarə edərək, yazıb: ABŞ qanunlarına əsasən Vaşinqton insan haqlarını pozan rejimlərə yardım etməkdən çəkinməlidir. Amma, məsələ İsrail olduğu zaman Amerika qanunlara heç bir dəyər vermir.

Bu informasiya portalının yazdığına görə, ABŞ yeni qanun layihəsinə əsasən İsrailə 3.8 milyard dollar yardım ayıracaq. Bu qanun layihəsi ABŞ Senatı tərəfindən təsdiq olunduqdan bir həftə sonra nümayəndələr məclisində təsdiq olunmalıdır. Əgər prezident Tramp sonda bu qanun layihəsini imzalayarsa, qanun qüvvəyə minəcək və ABŞ tarixində ən iri hərbi yardım paketinə çevriləcək.