Təcavüzkar səud qırıcıları Səədə və Əlhudəydəyə hücum ediblər
-
Təcavüzkar səud qırıcıları Səədə və Əlhudəydəyə hücum ediblər
Təcavüzkar səud koalisiyasının qırıcıları Yəməndəki cinayətlərinin davamında bu ölkənin Səədə və Əlhudəydə vilayətlərini bombalayıblar.
Yəmən mediaları bildiriblər ki, səud qırıcıları Yəmənin şimalındakı Səədə vilayətinin Əlhəcləh məntəqəsini hava hücumlarına məruz qoyublar.
Əlhudəydə-də yerləşən Əlzubəyd məntəqəsi də bir neçə dəfə təcavüzkar səud qırıcılarının hücumları hədəfinə çevrilibdir.
Belə bir halda, bu gün Əlhudəydə şəhərində "Sizin cinayətləriniz cavabsız qalmayacaq və bizim qanlarımız qalib gələcəkdir!" şüarı ilə geniş bir aksiya keçirilməlidir.
Bu aksiyanın təşkilat komitəsi bir bəyanat yayaraq, bildirib ki, təcavüzkar səud koalisiyasının cinayətlərinin pislənilməsi üzrə bu geniş iştirak olduqca mühümdür.
Təcavüzkar səud koalisiyası cümə axşamı günü axşamçağı Yəmənin qərbində Əlhudəydə şəhərinin balıqsatanlar bazarını və Əlsurə xəstəxanasını bombalayıbdır. Bu cinayətdə azı altmış Yəmən vətəndaşı ölüb, yüzdən çox insan da yaralanıbdır.
Yəmən vətəndaşları şənbə günü də geniş aksiya keçirərək, səud koalisiyasının Əlhudəydə şəhərinin balıqsatanlar bazarına və Əlsurə xəstəxanasına qarşı vəhşicəsinə cinayətlərini pisləyiblər.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.