Netanyahu ABŞ-ın İrana qarşı sanksiyalarının geri dönməsini alqışlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319451-netanyahu_abŞ_ın_İrana_qarşı_sanksiyalarının_geri_dönməsini_alqışlayıb
Sionist rejimin baş naziri dünən gecə ABŞ prezidentinin Amerikanın İrana qarşı sanksiyalarını geri qaytarmasını alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2018 05:05 Asia/Baku
  • Netanyahu ABŞ-ın İrana qarşı sanksiyalarının geri dönməsini alqışlayıb
    Netanyahu ABŞ-ın İrana qarşı sanksiyalarının geri dönməsini alqışlayıb

Sionist rejimin baş naziri dünən gecə ABŞ prezidentinin Amerikanın İrana qarşı sanksiyalarını geri qaytarmasını alqışlayıb.

Benyamin Netanyahu bir videomüraciətdə Trampın bu hərəkətini rəğbətlə qarşılayaraq, Avropa Birliyindən də istəyibdir ki, Tehranla müzakirələri dayandıraraq, Amerikaya qoşulsun.

Tramp dünən axşam bir fərman imzalayaraq, bu ölkənin İrana qarşı bəzi qanunsuz sanksiyalarını geri qaytardı.

Tramp sonra bir bəyanatda bildirdi ki, çərşənbə axşamı günü avqustun 7-dən İranın avtomobil sənayesi, qızıl və riyal sanksiyaları icra olunacaq; bank və neft sanksiyaları da 2018-ci il noyabrın beşindən icra ediləcəkdir.