Sionist rejim qırıcıları Qəzzəni bombalayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319452-sionist_rejim_qırıcıları_qəzzəni_bombalayıblar
Sionist rejim qırıcıları dünən gecə Qəzzə zolağını raket hücumları hədəfinə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2018 05:11 Asia/Baku
  • Sionist rejim qırıcıları Qəzzəni bombalayıblar
    Sionist rejim qırıcıları Qəzzəni bombalayıblar

Sionist rejim qırıcıları dünən gecə Qəzzə zolağını raket hücumları hədəfinə alıblar.

Sionist rejim qırıcıları dünən gecə Qəzzə zolağının şimalında yerləşən Cəbaliya məntəqəsini bombalayıblar.

Müşahidəçilər qeyd ediblər ki, bombalanmış məntəqələr fələstinli gənclərin Qəzzə zolağının yaxınlığındakı sionistsakinli qəsəbələrə tərəf alovlanan çərpələnglər göndərmək üçün istifadə etdikləri məntəqələrdəndir.

Fələstin səhiyyə nazirliyi bildiribdir ki, bu hücumda bir kəsə zərər dəyməyib, amma bəzi yaşayış bina və məkanları xəsarət alıblar.

Qəzzə zolağında "Qayıdış haqqı" yürüşünün başlanmasından bəri işğal olunmuş ərazilərə tərəf alovlanan çərpələnglərin göndərilməsi fələstinlilərin mübarizə və müqavimət üsullarından birinə çevrilibdir.