Terrorizm ilə mübarizə ABŞ-ın müdaxiləsi üçün bir bəhanədir
-
Terrorizm ilə mübarizə ABŞ-ın müdaxiləsi üçün bir bəhanədir
Bəşşar Cəfəri: Əmin olduğumuz bir məsələ var. O da, böhranın sonuna çatmağımız və terrorizm ilə savaşda qələbə çalmağımızdır.
Suriyanın BMT-dəki daimi nümayəndəsi deyib: Terrorizm ilə mübarizə regionda gərginlik yaratmaq üçün Vaşinqton və Təl-Əvivin əlində bir bəhanəyə çevrilib.
Bəşşar Cəfəri əlavə edib: Əmin olduğumuz bir şey var. O da böhranın sonuna çatmağımız və terrorizm üzərində qələbə çalmağımızdır. İndi terrorizm ilə mübarizə aparmaq istəyənlər Təhlükəsizlik Şurasında bizə qarşı çıxanlardırlar. Terrorizm ilə mübarizə apardığını iddia edən ABŞ və Təl-Əviv kimi.
İndi terrorizm ilə mübarizə aparmaq regionda vəziyyəti gərginləşdirməyə çalışanlar üçün bəhanədən başqa bir şey deyil.
Bəşşar cəfəri Suriya böhranı və BMT adlı iclasda deyib: Rusiya Suriya məsələsində 8 dəfə və Çin 4 dəfə veto haqqından istifadə etdi.
B.Cəfəri əlavə edib: Bir çox ölkə bizim dostumuz və müttəfiqimizdir. Amma, ABŞ-ın sanksiyalarından qorxduqları üçün aşkar formada Suriyanı dəstəkləyə bilmirlər.