Ər-Riyad bir daha Tramp qarşısında təzim etdi
-
Ər-Riyad bir daha Tramp qarşısında təzim etdi
Ərəbistanın xarici işlər naziri bir daha anti-İran mövqe sərgiləyərək, ABŞ hökuməti qarşısında təzim edib.
Ərəbistanın xarici işlər naziri Adil Əl-Cübəyr ABŞ-ın İrana qarşı yenidən sanksiya tətbiq etməsini dəstəkləyib.
Daha sonra İŞİD terrorizminin yaradıcısı və ən böyük himayədarına yaltaqlıq xarakteri daşıyan bir hərəkətdə İranı terrorizmi himayə etməkdə ittiham edib və deyib: İran region ölkələrinin daxili məsələlərinə müdaxilə edir.
Ərəbistanın xarici işlər naziri həmçinin İranın rəftarlarının qəbuledilməz olduğunu iddia edərək, elə bu səbəbdən beynəlxalq ictimaiyyətin sanksiyaları ilə üzləşdiyini deyib.
Adil Əl-Cübəyrin İranın beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qaldığını iddia etməsinə baxmayaraq, Tramp hökumətinin İrana qarşı birtərəfli sanksiyaları hətta, bu ölkənin ən yaxın müttəfiq ölkələri arasında belə tərəfdara malik deyil.