Avq 09, 2018 16:23 Asia/Baku
  • Səudiyyə qırıcılarının hücumlarında bir qrup yəmənli mülki həlak olub
    Səudiyyə qırıcılarının hücumlarında bir qrup yəmənli mülki həlak olub

Ərəbistanın Yəmənə olan hücumlarında bir qrup mülki ölüb və yaralanıb.

İRNA-nın məlumatına görə, Ərəbistanın başçılıq etdiyi koalisiya qırıcıları çərşənbə günü axşam Yəmənin İmran vilayətinin Hərf Süfyan qəsəbəsini ardıcıl olaraq iki dəfə bombardman ediblər. Nəticədə 12 sivil həlak olub, 5 nəfər də  yaralanıb.

Ərəbistan qırıcılarının çərşənbə günü Əmşiyə məntəqəsinə olan hücumlarında da 7 nəfər həlak olub.

Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri Yəmənin Həccə vilayətinin Əbəs qəsəbəsində yerəşən Cər məntəqəsinə də raket zərbələri endiriblər. Nəticədə 6 nəfər həlak olub. Hadisə qurbanlarının dördü qadın və uşaq olub.

Ərəbistan hərbçiləri də Yəmənin Sədə vilayətində  yerləşən Razə sərhəd qəsəbəsini raket hücumlarına məruz qoyublar.

Teqlər