Terrorçular İdlibdə 45 nəfəri edam ediblər
-
Terrorçular İdlibdə 45 nəfəri edam ediblər
Təhrir Əş-Şam terror qruplaşması (Ənnüsrə Cəbhəsi) Suriyanın qərbində yerləşən və hazırda terrorçuların nəzarəti altında olan İdlib vilayətində ordu qüvvələri ilə barışıq istəyinin genişlənməsini cilovlamaq üçün indiyə kimi 45 nəfəri edam edib.
İRNA-nın məlumatına görə, Təhrir Əş-Şam terror qruplaşması Suriyanın İdlib vilayətində komendant saatı elan edib. Bu qərar Suriya hökumuəti ilə barışığa cəhd edənlərə qarşı geniş həbs dalğasının başladılması ilə bir vaxtda qəbl edilib.
Həmçinin, terrorçuların nəzarəti altında olan ərazilərin sakinləri Suriya ordusunun İdlib vilayətinin terrorçuların işğalından azad edilməsi əməliyyatına başlaması ərəfəsində artıq bir neçə həftədir ki, bu məntəqəni tərk etməyə başlayıblar.
İdlib vilayəti və şəhəri Türkiyə ilə sərhəd məntəqədə yerləşir. Fuə və Kəfərya sakinlərinin bu məntəqəni tərk etməsinin ardınca, hazırda İdlib vilayəti tamamilə terrorçuların nəzarəti altındadır.