Qəzzədə 4 fələstinli şəhid edilib
Qəzzədə Fələstin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq sionist rejimin son iki gün ərzində Qəzzə zolağına qarşı ardı-arası kəsilməyən hava hücumlarında 4 nəfərin şəhid olduğu və 40 nəfərin yaralanmasından xəbər verib.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Fələtin Səhiyyə Nazirliyi bu bəyanatda sionist rejimin Qəzzəyə qarşı hava hücumlarında bir hamilə qadının, körpəsi ilə birlikdə şəhid olmasına toxunaraq bildirib: Dünən Qəzzə şəhərinin qərbində Şate düşərgəsində Məshal mədəniyyət mərkəzinin bombalanması nəticəsinə yaralanan 4 nəfərdən 18-i Şəfa müalicə mərkəzinə köçürülüb.
HƏMAS-ın sözçüsü Hazim Qasım da dünən gecə sionist rejimin mədəniyyət mərkəzlərinə qarşı qəsdən həyata keçirdiyi hücumlardan təəssüfləndiyini bildirərək deyib: Bu vəhşi hərəkətdə məqsəd Misirin Qəzzə zolağında sakitliyin bərqərar olunması istiqamətindəki səylərini əngəlləməkdən ibarətdir və sionist rejimin ərəb ümmətinin hər bir hissəsi ilə düşmən olduğunu göstərir.
Məshal mədəniyyət mərkəzi Qəzzənin qərbində yerləşir, Bu mərkəz həm də Fəth hərəkatının banilərindən olan Səid Məshal adlı fələstinli iş adamının hesabına inşa edilib, mərkəz konfrans zalına, kitabxana və kinoteatra malikdir.
HƏMAS-ın hərbi qolu olan İzzəddin Qəssam batalyonlarının üzvü olan Əli Yusif Qəndur da Qəzzə zolağının şimalında Beyt-Lahiya qəsəbəsində onu daşıyan avtomobilin sionist təyyarələr tərəfindən hədəfə alınması nəticəsində şəhid edilib.
Sionist rejim qırıcıları çərşənbə gecə də Deyrül-Bəlhə hücumda da körpə bir uşağı, hamilə anası ilə birlikdə şəhid ediblər.
Digər tərəfdən dünən Fələstin Müqavimət Hərəkatının Qəzzə zolağının ətrafında yerləşən sionist sakinli qəsəbələrə qarşı raket hücumlarında 13 sionist yaralanıb.