İranlı həkimlər Livan düşərgələrindəki fələstinli xəstələri müayinə ediblər
Avq 11, 2018 20:12 Asia/Baku
İranlı sərhədsiz həkimlər Livan Hizbullahının tabeliyində olan həkimlərlə yanaşı, Livan düşərgələrindəki fələstinli xəstələri müayinə ediblər.
İranlı sərhədsiz həkimlər qrupu Livan Hizbullahının tabeliyində olan həkimlərlə yanaşı, Əlbədavi düşərgəsində yerləşən Əlşəfa müalicə mərkəzində 244 fələstinli xəstəni müayinə edibdir.
Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin Mərkəzi Komitəsinin üzvü Fəthi Əbu-Əli bu həkimlərin xidmətlərinə görə təşəkkür edib.
Livanda fələstinli didərginlər üçün on iki xüsusi düşərgə mövcuddur. Bu ölkə daxilindəki düşərgələrdə yerləşən bütün didərginlər yoxsulluq, səhiyyənin aşağı olması və işsizlik kimi problemlərlə üzləşirlər.