Yəmənin qərb sahilində səud muzdurları məhv edilib
-
Yəmənin qərb sahilində səud muzdurları məhv edilib
Yəmənin ordusu və xalq komitələri uğurlu bir əməliyyatda qərb sahilində yerləşən "Cəbəl Əlnar" cəbhəsində on səud muzdurunu öldürüb və yaralayıblar.
Səud muzdurlarının Yəmənin ordusu və xalq komitələrinin qərb sahilində yerləşən Əldərihmi cəbhəsindəki mövqelərinə qarşı hücumlarının zərərsizləşdirilməsi nəticəsində də muzdurlardan bir qrupu ölüb və yaralanıbdır.
Yəmənin ordusu və xalq komitələri həmçinin Ərəbistanın cənubunda yerləşən Cizan sərhəd şəhərində səud təcavüzkarlarına aid hərbi avtomobillərin bir neçəsini məhv edə biliblər.
Digər tərəfdən, Yəmənin ordusu və xalq komitələri Ərəbistanın Əsir əyalətində yerləşən Əlməcazə məntəqəsinin qərbində səud ordusunun və onun muzdurlarının iki hərbi mərkəzinin nəzarətini ələ alıb, bir qrupu təcavüzkar muzduru öldürərək, onların iki zirehli avtomobilini də məhv ediblər.
Belə bir halda, Yəmənin Təiz cəbhəsində səudiyyənin və əmirliklərin muzdurları arasında şiddətli döyüşün baş verməsinin ardınca hər iki tərəfdən on bir nəfər öldürülüb.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.