Səudiyyə qırıcıları əl-Hüdəydəyə hücum etdi; bir ailənin üzvləri al-qana boyandı
-
Səudiyyə qırıcıları əl-Hüdəydəyə hücum etdi; bir ailənin üzvləri al-qana boyandı
Ötən gecə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələrinin Yəmənin qərbində əl-Hüdəydə vilayətinin Dərihəmi rayonuna hücumunda bir ailənin beş üzvü al-qana boyanıb.
Səudiyyə rejimi qırıcıları 2 avqust cümə axşamı da əl-Hüdəydə şəhərinin Əs-Surə xəstəxanasını atəşə tutmuşdular. Bu cinayətdə azı 60 yəmənli həlak olmuş, 100 nəfər də yaralanmışdı.
Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb.
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi, 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.