İmran Xanın ilk xarici səfəri İran olacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319893-İmran_xanın_ilk_xarici_səfəri_İran_olacaq
Pakistanın yeni seçilmiş baş naziri ilk xarici səfərində İran İslam Respublikasına gələcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2018 04:49 Asia/Baku
  • İmran Xanın ilk xarici səfəri İran olacaq
    İmran Xanın ilk xarici səfəri İran olacaq

Pakistanın yeni seçilmiş baş naziri ilk xarici səfərində İran İslam Respublikasına gələcək.

Pakistanın Nəvaye-Vəqt qəzeti bazar ertəsi günü ölkənin diplomatik dairələrinə istinadla yazıb: İmran Xan 25 iyul parlament seçkilərindən sonra ilk xarici səfərində İrana gedəcək. 

Bu səfər İmran Xanın andiçmə mərasimindən sonra baş tutacaq. İmran Xanın andiçmə mərasimi 18 avqustda keçiriləcək. 

İmran Xan İrandan sonra Ərəbistana səfər edəcək. 

İran İslam Respublikasının İslamabaddakı səfiri Mehdi Hünərdust 4 avqustda İmran Xanla görüşmüş və İran İslam Respublikası prezidenti Həsən Ruhaninin rəsmi dəvətnaməsini ona təqdim etmişdi. 

İmran Xan da bu dəvəti qəbul edib və deyib: İslamabad İranla münasibətləri genişləndirmək ardıncadır. 

Pakistanda parlament seçkiləri 25 iyulda keçirildi. İmran Xanın başçılıq etdiyi Təhrik İnsaf Partiyası bu seçkilərdə Milli Məclisin 115 mandatlığını əldə edərək qalib gəldi.