Qəzney şəhəri Talibançılardan təmizlənib
-
Qəzney şəhəri Talibançılardan təmizlənib
Əfqanıstanın Müdafiə Nazirliyi ölkənin şərqində Qəzney şəhərinin Taliban qrupunun üzvlərinin işğalından təmizləndiyini bildirib.
İRİB-in Kabildən verdiyi məlumata görə, Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Seyid Qafur Əhməd Cavid çərşənbə axşamı günü Qəzney şəhərində Talibanın məğlub olduğunu bildirərək deyib: Əfqan təhlükəsizlik qüvvələri Talibançıları şəhərdən qovmağa nail olublar, hazırda bu şəhər onlardan təmizlənib.
Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü həmçinin deyib: Hazırda Qəzney şəhərində vəziyyət normaldır və ötən cümə günü ordu qüvvələri ilə Taliban üzvləri arasında döyüşlərdə 326 Talibançı öldürülüb.
Əhməd Cavid əlavə edib: Bu qarşıdurmalarda təxminən 30-40 sivil həlak olub.
Müdafiə Nazirliyinin sözçüsü polis və ordu qüvvələrinin tələfatı və ya yaralıları haqda məlumat verməyib.