Yəməndə 180 təcavüzkar öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320015-yəməndə_180_təcavüzkar_öldürülüb
Təcavüzkar Səudiyyə koalissiyası və onun muzdlularının Əl-Hədidə vilayətinin Dorəyhemi rayonunu işğal üçün uğursuz hücumunda təcavüzkarlardan 180 nəfəri ölüb , 130 nəfəri yaralanıb, 20 zirehli texnikası məhv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2018 06:20 Asia/Baku
  • Yəməndə 180 təcavüzkar öldürülüb
    Yəməndə 180 təcavüzkar öldürülüb

Təcavüzkar Səudiyyə koalissiyası və onun muzdlularının Əl-Hədidə vilayətinin Dorəyhemi rayonunu işğal üçün uğursuz hücumunda təcavüzkarlardan 180 nəfəri ölüb , 130 nəfəri yaralanıb, 20 zirehli texnikası məhv edilib.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələrinin hərbi təbliğat qərargahı təcavüzkaralr və onların muzdlularına aid olan 4 zirehli texnikanın Dorəyhemi və his cəbhələrində məhv edildiyini əks etdirən video yayıb. 

Yəmənin Müdafiə Nazirliyi bir bəyanatda bildirib ki, Yəmən ordusu və xalq komitələri son saatlarda Dorəyhemi rayonuni işğal etməyə cəhd göstərən təcavüzkarlar və onların muzdlularına böyük ziyan vurublar. Əl-Məsirənin reportyoru Talib Əl-Həsəni bir reportajda bildirib: Təcavüzkarlar və onların muzdluları bu hücumda yaşayış məntəqələrini hava hücumlarının hədəfinə çeviriblər və bunun nəticəsində 13 nəfər şəhid olub, bir neçə nəfər yaralanıb. Təcavüzkarlar və onların muzdlularının tələfatı barədə ilkin statistikalara görə reportajın hazırlandığı zamandan ötən son 24 saat ərzində 180 təcavüzkar ölüb və 136 nəfəri də yaralanıbdır. Yəmənin Müdafiə Nazirliyi bildirib: Təcavüzkarlar Dorəyhemi rayonundakı qüvvələrinin cəsədlərini və yaxud yaralılarını çıxarmaqda nakam qalıblar. 

Hərbi qaynaqların təcavüzkar qüvvələrin hücumları barədə vedikləri məlumatlara görə, düşmən ilk oncə hərbi təyyrələr və gəmilər vasitəsi ilə hava və dənizdən Dorəyhemi rayonunu ağır atəş altına alıblar  və beləliklə quru hücuma şərait yaratmaq istəyiblər. Lakin onların bu cəhdləri məğlubiyyətə uğradılıb və düşmən ağır tələfata məruq qalıb. 

Dorəyhemidəki toqquşmalarla eyni zamanda təcavüzkarlar Faze, Təhtiya və Cəbəliyyə ərazilərində irəliləmək cəhdlərində də məğlubiyyətə uğrayıblar və hərbi mənbələr təcavüzkarların Amerika istehsalı olan texnikada da xil 20 hərbi texnikasının məhv edildiyini təsdiqləyiblər.