Suveyda səhrasında terrorçular məğlub edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320017-suveyda_səhrasında_terrorçular_məğlub_edilib
Suriya ordusu Suveyda səhrasında Əssəfa hündurluklərinə İŞİD terrorçularının hücumunun qarşısını alıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2018 07:17 Asia/Baku
  • Suveyda səhrasında terrorçular məğlub edilib
    Suveyda səhrasında terrorçular məğlub edilib

Suriya ordusu Suveyda səhrasında Əssəfa hündurluklərinə İŞİD terrorçularının hücumunun qarşısını alıb

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu və xalq qüvvələri Əssəfanın şimal qərbinə doğru Ümmi Mərdəx ərazisinə nəzarəti təmin edə biliblər və İŞİD ünsürlərinin mühasirəsini daha da daraldıblar. 

Suriya ordusu Əssəfanın cənub qərbində də terrorçuların mövqelərini hədəfə alıb və bu hücumda 5 terrorçu öldürülüb biri də həbs edilib. 

İŞİD terrorçularının Ərrəhiyyə bölgəsində Suriya ordusuna qarşı hücumunun zərərsizləşdirilməsi əməliyyatında isə ən azı 10 terrorçu məhv edilib. 

Suriyanın hərbi təyyarələri də Əssəfanın yaxınlığında Əl-Bərək bölgəsində İŞİD ünsürlərinin mövqelərini bombalayıblar. 

Suriya ordusu dünən Əssəfa bölgəsinin şimal və şimal qərb ətrafını terrorçuların işğalından azad edib.