Sionist hərbçilərin hücumunda onlarla fələstinli saxlanılıb
Sionist hərbçilərin İordan çayının qərb sahilinə və Qəzz zolağının şimal sahillərinə basqınında 20 fələstinli, həmçinin 4 balıqçı həbs olunub.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist hərbçilər ötən gecə Nablos, Cenin, Qüds, Ramullah, Qilqilya, Beyt-Ləhm və Ərihaya hücum çəkərək onlarla fələstinli, o cümlədən Qüdsün Fələstin Qanunvericilik Məclisindəki nümayəndələrindən ƏHməd Ətvanın həyat yooldaşı Nəsrin Doyatı həbs ediblər.
Həmçinin ötən gecə İordan çayının qərb sahilində əl-Xəlil şəhərində sionsit rejim hərbçiləri ilə fələstinli gənclər arasında baş verən toqquşmalarda on fələstinli yaralanıb.
Əl-Xəlildə tibbi dairələrin verdiyi məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.
Başqa bir məlumata görə, sionist rejim başçıları işğal olunmuş Qüdsün müxtəlif bölgələrində yeni 20 mindən çox yaşayış massivinin inşa olunmasına razılıq veriblər.