Terrorçular Suriyanın şimalında 270 nəfəri əsir götürüblər
Avq 16, 2018 14:45 Asia/Baku
Suriyanın şimalında İdlib, Həma və Hələb vilayətlərində Təhrirüş-Şam və "Milli Azadlıq Cəbhəsi" terror qruplaşmaları milli barışığa qoşulmağa səy göstərmək ittihamı ilə 270 nəfəri əsir götürüblər.
İRNA-nın məlumatına görə, müxalifətə bağlı "Suriya İnsan Haqları Gözətçisi" Təşkilatı cümə axşamı günü bildirib: İdlibin cənub və şərqində, Həmanın şimal-qərbində və Hələbin qərbində həbslər davam etməkdədir.
Təhrirüş-Şam (Ən-Nüsrə Cəbhəsi) terror qruplaşması ötən həftə də Suriya hökuməti ilə milli barışıq üzrə müraciətlərin yayılmasından qorxaraq İdlib vilayətində həbs olunanlardan 45 nəfəri edam edib.