Yəmənin qərbində Səudiyyə muzdluları hədəfə alınıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320162-yəmənin_qərbində_səudiyyə_muzdluları_hədəfə_alınıblar
Yəmən ordusu və xalq komitələrinin raket bölkməsi dünən gecə Yəmənin qərb sahilində Səudiyyə muzdlularının mövqelərini bir ədəd ballestik raketlə hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2018 07:01 Asia/Baku
  • İranlı məşhur aktyor vəfat edib
    İranlı məşhur aktyor vəfat edib

Yəmən ordusu və xalq komitələrinin raket bölkməsi dünən gecə Yəmənin qərb sahilində Səudiyyə muzdlularının mövqelərini bir ədəd ballestik raketlə hədəfə alıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu buldirib ki, bu hücumda onlarla muzdlu ölüb və yaralanıb. 

Yəmən ordusu Nəcranda Səudiyyə Ərəbistanının bir hərbi qərargahını da Bədr raketi ilə hədəfə alıb nəticədə təcavüzkarların bir ədəd patrul-müşahidə təyyarəsi məhv edilib. 

Yəmənin müdafiə naziri General Məhəmməd Nasir Əl-Atifi son vaxtlar bildirmişdi ki, Yəmənin qərb sahilləri təcavüzkarların qəbiristanlığına çevriləcək. 

Səudiyyə koalissiyası 13 iyundan Əl-Hədidə limanını işğal etmək üçün geniş hücumlara başlayıb. 

Əl-Hədidə Yəmənə humanitar yardımların daşındığı ən əsas limandır. 

Yəmənlilər son həftələr ərzində Əl-Hədidədə yüzlərlə Səudiyyə və BƏƏ hərbçisini öldürüblər. 

Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. 

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi, 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Yəmən xalqının müqaviməti nəticəsində isə təcavcüzkarlar nəzərdə tutduqları məqsədlərə nail ola bilməyiblər.