Feysəl Miqdad: Suriya bütün ərazilərini terrorçulardan təmizləyəcək
Avq 17, 2018 07:02 Asia/Baku
-
Feysəl Miqdad: Suriya bütün ərazilərini terrorçulardan təmizləyəcək
Suriya xarici işlər nazirinin müavini deyib: Suriya dövləti öz ərazilərinin son qarışını belə terrorçulardan təmizləməkdə qərarlıdır və bu yolda gözəçarpacaq qələbələr əldə edib.
İRNA-nın verdiyi məlumata görə, Feysəl Miqdad dünən gecə Mavritaniyanın Sisial Demokrat Partiyasından bir heyəti qəbul edərkən deyib: Suriya ordusu və silahlı qüvvələri dövlətin nəzarətini bütün ölkəyə təmin etməkdə israrlıdırlar.
O Mavritaniyanın Suriya barədə prinsipial mövqeyini də yüksək qiymətləndirib.
Movritaniyalı heyət də Suriya ordusunun terrorizmə qarşı qələbəsinin bu ölkə xalqının şücaəti və müqaviməti sayəsində mümkün olduğunu bildirib.
Teqlər