Məşəl: Fələstinlilərin birgə mövqeyi "əsrin sövdələşməsi" qarşısında möhkəm qalxandır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320180-məşəl_fələstinlilərin_birgə_mövqeyi_əsrin_sövdələşməsi_qarşısında_möhkəm_qalxandır
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun keçmiş rəhbəri deyib: Fələstinlilərin milli birliyi "Əsrin sövdələşməsi" qarşısında möhkəm qalxandır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2018 13:27 Asia/Baku
  • Məşəl: Fələstinlilərin birgə mövqeyi
    Məşəl: Fələstinlilərin birgə mövqeyi "əsrin sövdələşməsi" qarşısında möhkəm qalxandır

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun keçmiş rəhbəri deyib: Fələstinlilərin milli birliyi "Əsrin sövdələşməsi" qarşısında möhkəm qalxandır.

Fələstin İnformasiya mərkəzinin verdiyi məlumata görə Xalid Məşəl deyib: "Əsrin sövdələşməsi" adlandırılan plana qarşı çıxmaqda fələstinlilər arasında heç bir ixtilaf yoxdur və Fələstin xalqı tam qətiyyətlə bu planın əleyhinədir. 

Məşəl Amerikanın "əsrin sövdələşməsi" adlandırılan lahihəsinin sürətləndirilməsinin səbəbləri barədə deyib: Ərəb ölkələrinin başının öz daxili məsələlərinə qarışması , onların biri-biri ilə misli görünməmiş surətdə geniş ixtilaflar yaşamaları bu məsələnin əsas səbəblərini təşkil edir. 

Məşəl deyib: Fələstin xalqı mühasirə və işğalçılığa məruz qalsa da raket və silah istihsalına təşəbbüs göstərib və bu sionist düşmənin canına vəlvələ salıb. 

Məşəl Fələstin muxtariyyətinin Qəzzə zolağına qarşı zalım mövqeyinə toxunaraq deyib: Şəhid Yasir Ərəfat sağ olsaydı şübhəsiz Fələstin xalqını birləşdirməyə çalışardı. 

Yasir Ərəfat 1959-cu ildə Fəth hərəkatını təsis etdi və 1994-2004-cü illərdə Fələstin muxtariyyətinə başçılıq edirdi. Ərəfat 2004-cü il 11 noyabrda Parisdə bir xəstəxanada dünyasını dəyişdi və sonralar bəlli oldu ki, o sionist rejim tərəfindən Plutonium adlı zəhərli maddə ilə terror edilib. 

Amerikanın  " əsrin sövdələşməsi" adlı layihəsinə görə, Qüds sionist rejimə verilir və fələstinli didərginlər qayıtmaq hüququna malik olmayacaqlar, Fələstin isə sadəcə İordan çayının qərb sahilinin qalan hissəsi və Qəzzə zolağına nəzarətə malik olocaq. 

Bu amerikan layihədə Əl-Əqsa məscidinə nəzarət İordaniya, Fələstin və sionist rejim arasında müştərək formada təmin olunmalıdır.