Müsəlman Alimlər Birliyi Səudiyyə Ərəbistanını qınayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320187-müsəlman_alimlər_birliyi_səudiyyə_Ərəbistanını_qınayıb
Ümumdünya Müsəlman Alimlər birliyinin baş katibinin müavini Səudiyyə rəsmilərinin Həcc mərasiminin idarəçiliyindən kənarlaşmalarını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2018 16:56 Asia/Baku
  • Müsəlman Alimlər Birliyi Səudiyyə Ərəbistanını qınayıb
    Müsəlman Alimlər Birliyi Səudiyyə Ərəbistanını qınayıb

Ümumdünya Müsəlman Alimlər birliyinin baş katibinin müavini Səudiyyə rəsmilərinin Həcc mərasiminin idarəçiliyindən kənarlaşmalarını istəyib.

İRİB-in verdiyi məlumata görə, Əhməd Ərrəysuni Səudiyyə rəhbərlərini öz müxaliflərini Həccə yol verməməklə həcc mərasimini siyasiləşdirməkdə ittihamlandırıb.

Ərrəysuni deyib: Həcc xüsusi fərd, qrup yaxud ölkəyə aid deyil, həcc sadəcə Allah taalaya məxsus olan vacibdir. 

Səudiyyə Ərəbistanı bu rejimin siyasətlərinə qarşı çıxan ölkələrə təzyiq göstərmək üçün bu ölkələrin vətəndaşlarının o sıradan Yəmən, Suriya və Qətər vətəndaşlarının həcc mərasimində iştirakına qadağa qoyub.