"Qayıdış haqqı" aksiyasının 21-ci cüməsində iki şəhid və 270 yaralı
Avq 18, 2018 03:43 Asia/Baku
-
"Qayıdış haqqı" aksiyasının 21-ci cüməsində iki şəhid və 270 yaralı
Fələstinin səhiyyə nazirliyi dünən gecə Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" aksiyasının 21-ci cüməsində iki fələstinlinin şəhid olması, 270 nəfərin də yaralanmasından xəbər verib.
Fələstinin səhiyyə nazirliyi qeyd edib ki, yaralılar arasında çoxlu sayda qadın və uşaq var.
Dinc məqsədli "Qayıdış haqqı" aksiyası "yer günü" münasibətilə martın 30-da başlanıb və hələ də davam etməkdədir.
Həmin tarixdən bəri bu yürüşdə sionistlər tərəfindən 170-dən çox fələstinli şəhid edilib, 18 min nəfər də yaralanıbdır.
Bir çox ölkə, o sıradan İran İslam Respublikası, həmçinin beynəlxalq təşkilatlar indiyə kimi sionistlərin bu cinayətlərini pisləyiblər.